- Ana, bilirsən ad günü necə maraqlı keçdi?!
Sinfimizdə nə qədər istedadlı uşaqlar var imiş.
Kəmalə rəqs etdi, Aydın tarda, Sabir nağarada ifa
etdi. Demə, Gülərin gözəl səsi var imiş. Sədaqət
müəllim dedi ki, gələn ay məktəbdə istedadlar
yarışması təşkil edəcək. Hamımız həyəcanlıyıq.
Bütün məktəb bizi tanıyacaq.
Sonra anasını qucaqlayıb dedi:
- Çox sağ ol, ana.
Ülkər Nurullayeva
Nə anladın?
2
Mətndə hansı suala cavab yoxdur?
A
Kərim nədən narazı idi?
B
C
Ç
Kərim neçənci sinifdə oxuyur?
Anası Kərimə hansı məsləhəti verdi?
Kərim nə üçün ad günündən şən qayıtdı?
Söz ehtiyatı
3
Nöqtələrin yerinə “söz mücrüsü”ndən uyğun gələn sözləri yazmaqla
1. Dostum Aydın məni şam yeməyinə ... .
cümlələri tamamlayın.
2. Biz hazırladığımız layihəni sinfə ... .
3. Müəllimimiz Yanardağa ekskursiya ... .
Düşün və cavab ver
4
Müzakirə. Sizcə, bacarıqlarını nümayiş etdirmək lovğalıqdırmı?
Fikrinizi əsaslandırın.
5
Sualları cavablandırmaqla öz bacarıqlarınız haqqında danışın.
• Hobbiniz nədir? Nə ilə məşğul olmağı daha çox sevirsiniz?
• Bacarıqlarınızı kimlərə nümayiş etdirirsiniz?
1-ci bölmə. Ailə və məktəb