Yazı
4 1
“Murad” və “Rüfət” sözlərindəki saitlərə diqqət edin.
Hansı sözdəki saitlər qalın səslənir?
QALIN SAİTLƏR
a, ı, o, u
İNCƏ SAİTLƏR
e, ə, i, ö, ü
2
Sözləri köçürün. Qalın saitlərin altından xətt çəkin. Qalın saitləri incə
saitlərlə əvəz edib yeni sözlər düzəldin.
Nümunə
hakim – həkim
baba, at, ot, al, tala, həyat, duz, ay, nanə, şahid
3
Saitləri tələffüz edin. Tələffüz zamanı dodaqlarınızın vəziyyətinə diqqət
edin. Hansı fərqi hiss etdiniz?
DODAQLANAN SAİTLƏR
o, u, ö, ü
DODAQLANMAYAN SAİTLƏR
a, ı, e, ə, i
4
Nöqtələrin yerinə dodaqlanan saitlər artırıb sözlər yaradın və köçürün.
b...l
y...l
...n
b...z
5
Sözləri saitlərin növlərinə görə qruplaşdırın.
1. İncə, dodaqlanan saitli sözlər:
yanğın, iki, şənlik, qoyun, üzüm, öküz, doqquz, çanta, şəkər,
quyu, körpü, yaxşılıq, dostluq, sürücü, quzu, iti, pətək, maral
2. Qalın, dodaqlanan saitli sözlər:
3. İncə, dodaqlanmayan saitli sözlər:
4. Qalın, dodaqlanmayan saitli sözlər:
1-ci bölmə. Ailə və məktəb