YAXŞI YOLDAŞ
Gecədən yağan qar hər tərəfi örtmüşdü.
Muradla Rüfət evdən tez çıxdılar ki, dərsə
vaxtında çatsınlar. Onlar yaxın qonşu idilər.
Həm də bir sinifdə oxuyurdular. Məktəb kəndin
mərkəzində yerləşirdi. Məktəbə gedən yol
örtmək • növbətçi • tənəffüs
qayda • əməl etmək
mızıldanmaq • narazı
tamamilə buz bağlamışdı. Uşaqlar buz üstə sürüşə-sürüşə, qartopu oynaya-oynaya
məktəbə çatdılar. Planlaşdırdılar ki, dərsdən qayıdanda bir az da
oynayarlar.
Bu gün Murad sinifdə növbətçi idi. Növbətçilik qaydası belə idi: tənəffüs vaxtı
sinif uşaqları sinifdən çıxır, növbətçi isə otağın havasını dəyişir, gülləri sulayırdı.
Bu gün də belə oldu. Hamı sinifdən çıxdı. Lakin Rüfət dedi:
- Mən sənin dostunam. Yəqin ki, qaydalar dostuna aid deyil.
Murad cavab verdi:
- Sən mənim dostumsan. Səni
çox istəyirəm, amma qaydalara
hamı əməl etməlidir.
Rüfət mızıldandı:
- Əcəb dostsan.
Sonra narazı halda sinifdən çıx-
dı.
Dərslər bitənə yaxın boran baş-
ladı.
Həm qar yağır, həm də güclü
külək əsirdi. Uşaqlar evə getdilər.
Rüfət də yox idi. Muradı gözləməyib
getmişdi. Murad narahat
oldu: “Rüfət belə boranda evə tək
gedə biləcəkmi? Axı o, bədəncə
zəifdir. Bir ay əvvəl möhkəm xəs-
tələnmişdi”.
Murad evə tərəf tələsdi...
Qılman İlkin