- Necə yəni Günəşdir? İndi qaranlıqdır.
Günəş yoxdur, amma Ay işıq saçır, - deyə
Dovşan təəccübləndi.
Bayquş hirsləndi:
- Sözümü kəsmə! Günəş var. Sadəcə, indi
o, Yerin arxa tərəfindədir.
Bayquş ağacdan üç alma dərib onları
budaqdan yanaşı asdı. Sol tərəfdəki almanı
göstərib dedi:
- Baxın, bu, Günəşdir, ortadakı Yerdir, sağ
tərəfdəki də Aydır. Biz indi Yerin Aya tərəf
olan hissəsindəyik. Günəş əks tərəfdə
olduğuna görə bura qaranlıqdır. Ancaq Günəşin şüaları Ayın bir hissəsini işıqlandıra bilir. Qalan hissəsinə Yerin kölgəsi düşür. Ona görə də bizə elə gəlir ki, Ay kiçilib. Sabahdan Ay yerini dəyişəcək və işıqlanan sahəsi böyüyəcək. On dörd gündən sonra Ay tamamilə işıqlanacaq və dairəvi formada görünəcək.
Rafiq İsmayılov
Söz ehtiyatı
2
Hansı cümlələrdə fərqləndirilmiş sözlər mətndəki mənasında işlənib?
a) İldə 12 ay var.
b) Ay buludların arxasında görünməz oldu.
a) Oğlum, çantanı qoymağa yer tapmırsan?
b) Yer Günəşə yaxınlığına görə üçüncü planetdir.
Nə anladın?
3
Yanlış fikri seçin.
1. Ay özü işıq saçmır.
2. Ayı işıqlandıran Yerdir.
3. Ay Günəşin işığını əks etdirir.
Düşün və cavab ver
4
“Ayın itməsi” mətni üzrə hekayə xəritəsi tərtib edin.