Yazı
3 1
“Mən” sözündə neçə hərf var? Bu sözdəki səsləri tələffüz edin.
Hansı səsi uzadaraq tələffüz etmək olur?
SAİTLƏR:
Aa Ee Əə Iı İi Oo Öö Uu Üü
SAMİTLƏR:
Bb Cc Çç Dd Ff Gg Ğğ Hh Xx Jj Kk Qq
Ll Mm Nn Pp Rr Ss Şş Tt Vv Yy Zz
2
Verilmiş sözlərdə saitlərin və samitlərin sayını müəyyən edin. Onları
dəyirman, köynək, soyuducu, nəlbəki, yanğınsöndürən, səhifə, ütü
ayrılıqda tələffüz edin.
3
Ailə üzvlərinizlə necə vaxt keçirirsiniz?
• Bu haqda məlumat vermək üçün bir neçə cümlə yazın.
• Yazdığınız cümlələrdə saitlərin altından xətt çəkin.
• Yazınıza diqqət edin. Söz sətrin sonuna yerləşməyəndə nə etmisiniz?
Sözlər hecalara bölünür.
Sözdə neçə sait varsa, o qədər də heca olur:
Söz heca bölgüsünə görə sətirdən sətrə
keçirilir.
Sözün bir hərfini sətrin sonunda saxlamaq
və ya yeni sətrə keçirmək olmaz.
Mən ailəmi çox se-
virəm.
Bacımla birlikdə
ilə
ağacı hazırladıq.
4
Hansı sözlər hecalara düzgün ayrılıb?
ay-aq-qa-bı, gö-dək-çə, düş-ün-mək, bə-növ-şə-yi, qay-ğı-keş, ip-ək
5
Hansı sözləri sətirdən sətrə keçirmək olmaz?
nənə, kitab, ata, ana, baba, bacı, dayı, əmi, zəng, şəkil, ürək, sevgi