20 ədədində neçə onluq, neçə təklik var?
Partanın üstünə 20 ədəd say çöpü qoyun.
Sonra 1 say çöpünü əlinizə götürün.
Partanın üstündə neçə ədəd say çöpü
qaldı? 19 ədədi necə alındı?
Yazın:
20 – 1 = 19
2
Səbətdə 20 alma var idi.
Səməd səbətdən 1 alma götürdü.
Səbətdə neçə alma qaldı?
3
Bir boşqabda 10 albalı var. O biri boşqabda da o qədər albalı var.
İki boşqabda birlikdə nə qədər albalı var?