13 ədəd say çöpünü sayıb partanın üstünə qoyun.
Sonra onlardan 1 say çöpünü əlinizə götürün.
Partanın üstündə neçə ədəd say çöpü qaldı?
12 ədədi necə alındı?
Yazın:
13 – 1 = 12
2
13 ördək balası anaları ilə birlikdə göldə üzürdülər. Balalardan biri sahilə
çıxdı. Göldə neçə ördək balası qaldı?