1
Partanın üstünə 19 ədəd say çöpü
qoyun. Sonra çöplərin hamısını əlinizə
götürün. Partanın üstündə neçə ədəd
say çöpü qaldı?
Yazın:
19 – 19 = 0
2
Budaqda 19 ədəd tut var idi. Tutların hamısını dərdilər. Budaqda neçə tut qaldı?
3
Aytən bir sırada 10 bayraq, o biri sırada isə bundan 9 ədəd çox bayraq
çəkdi. Aytən o biri sırada neçə bayraq çəkdi?
4
Qutuda 19 düymə vardı. 4 düymə götürdülər.
Qutuda neçə düymə qaldı?
5
Misalları həll edin.
16 + 3
12 + 2
15 + 4
19 – 1
19 – 4
19 – 8
15 +3 + 1
19 – 9 – 10
19 – 7 + 3
11 – 11 + 2
14 + 1 – 5
18 – 8 – 9