1
Misalları yazın və həll edin. Azalanı, çıxılanı, fərqi göstərin və deyin.
15 – 5
15 – 10
16 – 6
16 – 10
2
Çəmənlikdə 6 çəyirtkə var idi. Çəyirtkələrdən 2-si uçub getdi.
Çəmənlikdə neçə çəyirtkə qaldı?
3
Misalları nümunəyə uyğun yazın və həll edin.
Nümunə:
Azalan 9, çıxılan 4, fərq: 9 – 4 = 5
Azalan 8, çıxılan 5, fərqi tapın.
Azalan 14, çıxılan 2, fərqi tapın.
Azalan 16, çıxılan 6, fərqi tapın.
4
Bağda 15 ağac var idi. Bağban 10 ağacın dibini bellədi.
Bağban daha neçə ağacın dibini belləməlidir?
5
Misalları həll edin. Azalanı, çıxılanı, fərqi göstərin və deyin.
8 – 5
10 – 7
16 – 1
15 – 0
10 – 10
14 – 2
16 – 10
18 – 3
15 – 5
13 – 2
17 – 6
18 – 7