1
Partanın üstünə 18 ədəd say çöpü qoyun.
Sonra çöplərin hamısını əlinizə götürün.
Partanın üstündə neçə ədəd say çöpü qaldı?
Yazın:
18 – 18 = 0
2
Moruq kolunda 18 moruq var idi. Moruqların hamısını dərib səbətə yığdılar. Moruq kolunda neçə moruq qaldı?
3
Çəlləkdə 18 l su var idi. 8 l su götürdülər. Çəlləkdə neçə litr su qaldı?
4
Misalları həll edin.
7 – 7
17 – 7
17 – 10
6 + 4
2 + 8
8 + 1
2 – 2
12 + 3
18 – 1
10 + 5 + 3
18 – 1 – 4
18 – 8 – 10