18 ədədində neçə onluq, neçə təklik var?
Partanın üstünə 18 ədəd say çöpü qoyun.
Sonra 1 say çöpünü əlinizə götürün.
Partanın üstündə neçə ədəd say çöpü qaldı?
17 ədədi necə alındı?
Yazın:
18 – 1 = 17
2
Göldə 18 ördək üzürdü. 1 ördək sahilə çıxdı. Göldə neçə ördək qaldı?
3
Misalları yazın və həll edin.
8
;
10
;
12
;
14
ədədlərini 2 vahid artırın.
16
;
14
;
12
;
10
ədədlərini 2 vahid azaldın.
4
Qarpızın kütləsi 10 kiloqramdır. Yemiş qarpızdan 4 kq yüngüldür.
Yemişin kütləsi nə qədərdir?