1
Partanın üstünə 17 ədəd say çöpü
qoyun. Sonra çöplərin hamısını əlinizə
götürün. Partanın üstündə neçə ədəd
say çöpü qaldı?
Yazın:
17 – 17 = 0
2
Boşqabda 17 ərik var idi. Əriklərin hamısını yedilər. Boşqabda neçə ərik qaldı?
3
Ulduz işarələrinin yerinə “ + , – ” işarələrindən uyğun gələnini yazın.
10 * 7 = 17
16 * 1 = 15
14 * 14 = 0
5 * 5 = 10
15 * 10 = 5
15 * 15 = 0
12 * 3 = 15
14 * 2 = 12
4
Yaşarın 8 yaşı var. Neçə ildən sonra Yaşarın 10 yaşı olacaq?
5
Misalları həll edin.
14 + 3
16 – 2
15 – 5
17 – 1
12 + 5
10 + 7
4 + 4 – 6
8 – 6 – 2
15 + 1 + 1
11 – 1 – 6
17 – 7 – 7
15 + 2 – 10