17 ədədində neçə onluq, neçə təklik var?
Partanın üstünə 17 ədəd say çöpü qoyun.
Sonra 1 say çöpünü əlinizə götürün.
Partanın üstündə neçə ədəd say çöpü qaldı?
16 ədədi necə alındı?
Yazın:
17 – 1 = 16
2
Evin damında 17 göyərçin var idi. 1 göyərçin uçub getdi.
Evin damında neçə göyərçin qaldı?
3
Ulduz işarələrinin yerinə “ > , < , = ” işarələrindən uyğun gələnini yazın.
3 l * 3 l
7 l * 6 l
10 l * 14 l
9 l * 4 l
9 l * 11 l
5 l * 5 l
15 l * 14 l
12 l * 10 l
4
Kağız zolağının uzunluğu 17 santimetrdir. Reyhan zolaqdan 1 sm kəsdi.
Neçə santimetr kağız zolağı qaldı?
5
Misalları həll edin.
2 + 10
10 + 7
15 + 1
11 – 1
14 – 1
17 – 1
1 + 10 + 2
15 – 4 – 1
13 – 13 + 8
6
Ədədləri 1-dən 17-yə qədər, iki-iki artırmaqla və 17-dən 1-ə qədər, iki-iki
azaltmaqla sayın.