Çötkədə hansı ədəd göstərilib? Onluq və təkliklər hansı məftillərdə
göstərilib? 11, 10, 15, 12, 14 ədədlərini çötkədə göstərin.
2
Bağçanı sulamaq üçün bağban 16 l su hazırladı. Bağban bu suyun 10 l-ni
işlətdi. Neçə litr su qaldı?
3
16 ədədində neçə onluq, neçə təklik var?
16 ədəd say çöpünü sayıb partanın üstünə
qoyun. Sonra 1 ədəd say çöpünü əlinizə
götürün. Partanın üstündə neçə ədəd say
çöpü qaldı? 15 ədədi necə alındı?
Yazın:
16 – 1 = 15
4
Aytən rəngli kağızdan 14 dairə və bundan 4 ədəd az üçbucaq kəsdi.
Aytən neçə üçbucaq kəsdi?