1
15 ədəd say çöpünü sayıb partanın üstünə
qoyun. Sonra çöplərin hamısını əlinizə götürün.
Partanın üstündə neçə ədəd say çöpü qaldı?
Yazın:
15 – 15 = 0
2
Arı pətəyində 15 arı var idi. Arıların hamısı pətəkdən uçdu.
Pətəkdə neçə arı qaldı?
3
Gülay ağacdan 4 alma, Fərid isə 10 alma dərdi.
Onlar ağacdan cəmi neçə alma dərdilər?
4
Ulduz işarələrinin yerinə “ + , – ” işarələrindən uyğun gələnini yazın.
6 * 4 = 2
5 * 5 = 10
7 * 5 = 2
3 * 3 = 0
0 * 7 = 7
9 * 1 = 10
5
Misalları həll edin.
15 – 1
15 – 2
15 – 3
10 + 5
14 + 1
13 + 2
15 – 4
11 + 4
15 – 5
8 + 2 – 5
9 – 5 + 1
6 – 3 – 2