1
Misalları yazın və həll edin. Bu cüt misalların hansını asan həll etmək olar?
7 + 2
2 + 7
6 + 3
3 + 6
11 + 1
1 + 11
10 + 4
4 + 10
Yadda saxlayın:
Böyük ədədin üzərinə kiçik ədədi əlavə etmək daha asandır.
2
Avtobusda 11 sərnişin var idi. Dayanacaqda 3 sərnişin də avtobusa
mindi. Cəmi neçə sərnişin oldu?
3
Toplananların yerdəyişmə xassəsinə əsasən misalları həll edin.
7 + 3
3 + 7
4
Toplananları hesablayın və cəmi tapın.
1 + 9
9 + 1
6 + 3
3 + 6
5 + 4
4 + 5
8 + 2
2 + 8
0 + 7
7 + 0
4 + 3
3 + 4
12 + 2
2 + 12
10 + 4
4 + 10
5
Afət səbətə əvvəlcə 4 yumurta, sonra isə 6 yumurta qoydu.
Afət səbətə cəmi neçə yumurta qoydu?
6
Ulduz işarələrinin yerinə “ > , < , = ” işarələrindən uyğun gələnini yazın.
1 * 10
10 * 1
14 * 4
10 * 14
9 * 9
8 * 7
12 * 12
14 * 13
7
Riyazi oyun: “Fikirləş, tap”.
Fikrimdə tutduğum ədədin üzərinə 2 gəldikdə 7 ədədi alınır.
Fikrimdə hansı ədədi tutmuşdum?