14 ədəd say çöpünü sayıb partanın üstünə qoyun.
Sonra onlardan 1 say çöpünü əlinizə götürün.
Partanın üstündə neçə ədəd say çöpü qaldı?
13 ədədi necə alındı?
Yazın:
14 – 1 = 13
2
Çəmənlikdə 14 kəpənək var idi. Kəpənəklərdən 1-i uçub getdi.
Çəmənlikdə neçə kəpənək qaldı?
3
Nöqtələrin yerinə uyğun gələn ədədləri yazın.
13 + ... = 14
14 – ... = 13
13 – ... = 10
10 + ... = 12
13 – ... = 0
13 + ... = 13
4
Ulduz işarələrinin yerinə “ + , – ” işarələrindən uyğun gələnini yazın.