1
Yuvada 10 qarışqa var idi. Sonra 4 qarışqa da gəldi.
Yuvada cəmi neçə qarışqa oldu?
2
Çötkədə 1 onluq və 4 təkliyi göstərin. Hansı ədədi göstərdiniz?
Hansı məftildə onluğu, hansı məftildə təklikləri göstərdiniz?
3
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
1 ədədindən 14 ədədinə qədər, bir-bir artırmaqla sayın.
Verilmiş sırada 14 ədədi neçənci yerdədir?
14 ədədindən əvvəlki ədəd hansıdır?
4
Nümunəyə uyğun ədədləri onluq və təkliyə ayırın.
Nümunə: 11 = 1 onluq 1 təklik
12 = ... onluq ... təklik
13 = ... onluq ... təklik
14 = ... onluq ... təklik
5
Misalları həll edin.
10 + 4
13 + 1
10 + 2
5 + 5 – 3
6 – 6 + 2
0 + 4 – 1
12 – 2 – 2
10 + 1 + 1
10 – 8 + 3