1
Partanın üstünə 12 say çöpü qoyun. Sonra say çöplərinin hamısını
əlinizə götürün. Partanın üstündə neçə say çöpü qaldı?
Yazın:
12 – 12 = 0
2
Qutuda 12 yumurta vardı. Yumurtaların
hamısını bişirmək üçün götürdülər.
Qutuda neçə yumurta qaldı?
3
Şagirdlər texnologiya dərsində 11 quş yuvası düzəltdilər. Sonra daha
1 quş yuvası düzəltdilər. Şagirdlər cəmi neçə quş yuvası düzəltdilər?
4
Şəkildə neçə kvadrat və üçbucaq var?
Kvadratların və üçbucaqların sayını bərabərləşdirin.
5
Misalları həll edin.
7 + 3
10 – 3
10 – 7
10 + 2
12 – 2
12 – 10