1
Şəkildə neçə kvadrat və neçə üçbucaq var?
Kvadratların və üçbucaqların sayını bərabərləşdirin.
Yazın:
11 > 10
10 < 11
11 = 11
2
Ədədləri müqayisə edin. Ulduz işarəsinin yerinə “ > , < , = ”
işarələrindən uyğun gələnini yazın.
3 * 4
2 * 1
9 * 8
4 * 5
11 * 10
6 * 7
3
Misalları həll edin.
3 + 3
2 + 2
6 + 2
7 – 7
6 – 0
0 + 8
10 – 3 – 4
1 + 5 + 4
9 – 2 – 2
2 – 2 + 3
6 – 5 + 0
3 + 3 – 1
4
Nümunəyə baxın. 11 damadan ibarət zolaq çəkin və qırmızı karandaşla
rəngləyin.
5
Neçə cücə var? Neçə toyuq var? Onların saylarına uyğun ədədləri yazın.