U-şaq-lar da-ğa qalx-dı-lar.
Dad-lı, ə-tir-li mo-ruq yığ-dı-lar.
Bir-dən ya-ğış yağ-dı. U-şaq-lar
a-ğa-cın al-tın-da o-tur-du-lar.
Ya-ğış da-yan-dı. On-lar e-və qayıt-dı-lar.
1. Uşaqlar hara getmişdilər?
2. Meşədən nə dərdilər?
3. Ağacın altında nə üçün oturdular?
mo-ruq
ya-ğış
Və-tən
də-niz
a-ğac
dağ
ba-nan
Hansı hərflə başlayan söz deyə bilmədiz?
Qar-pız ən bö-yük
gi-lə-mey-və-dir.