1.
Tərkibində [y] səsi olan şəkilləri göstərin və adlarını deyin.
2.
Şəkillərin adlarını deyin. [y] səsinin yerini müəyyən edin.
3.
Şeir
Yuxuda
İşıq düşəndə evə,
Gözünü açdı nəvə.
Soruşdu ondan nənə:
– Yuxuda nə gördün, nə?
– Qaranlıq idi, nənə,
Heç nə görmədim, heç nə!
Xeyrulla Əlibəyli