Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Ekskursiya xidməti turistlərə təqdim edilən kompleks xidmətin ayrılmaz hissəsidir. Bu, həm yerli turistlər, həm də ölkəmizə gələn xarici turistlər üçün eyni dərəcədə gərəklidir: Turizm sektorunda ekskursiya xidməti mühüm əhəmiyyət kəsb edir. Bu xidmət informasiya-məlumatlandırıcı, təbliğat vasitəsi olmaqla yanaşı, həmçinin təşkilati, vasitəçi, ticarət, idman-əyləncə, bəzi hallarda operativ-nəzarət fəaliyyətini də əhatə edir.
Ekskursiya xidmətinin keyfiyyəti bu gün ilk növbədə bu sahədə çalışan mütəxəssislərin ixtisas səviyyəsi, peşə bilikləri, təcrübəsi, təşkilatçılıq bacarığı ilə müəyyən edilir.Böyük bədii qalereyalar,ixtisaslaşmış muzeylər, sərgi salonları, yarmarkalar və digər turizm müəssisələri öz işini mükəmməl bilən ixtisaslı ekskursiya bələdçilərinin xidmətlərindən istifadə edirlər.Turistlərə göstərilən xidmətlərin səviyyəsi bələdçinin bilik və təcrübəsindən çoxasılıdır.
Avropa İttifaqının dəstəyi ilə təşkil olunmuş bu layihədə Bələdçilik modulu beş təlim nəticəsini əhatə edir. Məqsədimiz bu modulu tamladıqdan sonra tələbənin yüksək turizm - ekskursiya işini təşkilini bacarmağıdır.