• İnternet resurslarından istifadə etməklə
Azərbaycanda fəaliyyət göstərən turizm firmalarının
siyahısını tərtib edin.
• Yaşadıgınız ərazinin Turizm İnformasiya
Mərkəzi ilə əlaqə yaradaraq birgə turpaket hazırlayın.
• Yerli istehsalat müəssisələrinin fəaliyyətini
özündə əks etdirən foto reklam hazırlayın və
təqdimatın edin.
• Yerli orta təhsil müəssisəsinin buraxlış
siniflərinin Peşə təhsili müəssisəsi ilə tanışlığını təmin
etmək üçün həmin sinflərin Peşə təhsili müəssisəsinə
eksursiyasını təşkil edin.
• Öz ideyanıza əsasən turoperatora təqdim
olunacaq qonaqların tələb və istəklərini özündə əks etdirən təkliflər planı hazırlayın.
5.5. QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Turizm firmaları və agentlikləri ilə əlaqələri düzgün müəyyən edir.”
• Turistlərə xidmət göstərən kommersiya və qeyri-kommersiya təşkilatlarını əsas fəaliyyət
növünə görə neçə qrupa ayırmaq olar?
• Müstəqil turagentlər nə zaman və harda fəaliyyət göstərir?
• Turoperatorlar kimlərdi?
• Turist birlikləri necə birliklərdir?
“Turizm agentliklərinin təklif etdiyi məlumatları qonaqlara düzgün çatdırır.”
• Turoperator hazırladığı məhsulun satışını kimin vasitəsi ilə həyata keçirir.
• Turagentlərin fəaliyyətinin əsas vəzifələri hansılardır?
• Turoperatorla turagent arasında iş birliyinin hüquqi statusları necə təsdiqlənir?
“Səyahətləri təşkil edən turizm agentlikləri ilə əlaqə yaradaraq onların xidmətlərindən istifadə
üçün qonaqlara təkliflər hazırlayır və qonaqların tələb və istəklərini onların diqqətinə
çatdırır.”