ilə həyata keçirilir. Şirkət daxili kanallar və şirkətdən kənar kanallar. Satışın daxili kanallarına
turoperatorun filialları, nümayəndəlikləri aid edilir. Kənar satış kanallarına vasitəçi turoperatorlar,
turagentlər (hüquqi və fiziki şəxslər) aid edilir. Turoperator hazırladığı məhsulu yalnız öz gücünə
güvənərək geniş miqyasda sata bilməz və əldə etdiyi gəlir də çəkdiyi xərcləri böyük həcmdə üstələyə
bilməz.Bu səbəbdən turoperator, turagentlər şəbəkəsindən istifadə etməklə turizm bazarında müəyyən mövqe
tutaraq məhsulunu daha geniş həcmdə satmağa imkan əldə edir.
Turizm agentliyi - turoperator tərəfindən hazırlanan turizm məhsulunu reklam edən,
istehlakçıya çatdıran
hüquqi və ya fiziki şəxsdir. Turoperatorlar tərəfindən agentlərə olan zərurət bir sıra səbəblərdən əmələ
gəlir.
•
Regionlarda turların yaranmsına zərurət - turoperatorun ölkənin bütün regionlarında öz nümayəndəliklərini
filiallarını yerləşdirmək imkanı olmur, Bəzi hallarda həmin regionda turagentin imkanlarından istifadə etmək
daha sərfəli olur.
•
Aperativliyi artırmaqla daha çox müştəriyə turların çatdırılması müştərinin istədiyi turu seçmək məqsədi ilə
uzaq məsafəni qət edərək gəlib məhz turoperatordan turu almaq zərurəti aradan qalxır. Məs: Məşhur tura
təlabat çox olduqda turoperatorun ofis şəraiti bütün müştərilərə xidmət etməyə imkansız olur. Belə halda
müştəri eyni qiymətə bu turu həmin şəhərin, ölkəmizin başqa ərazilərində fəaliyyətdə olan. Turagentlərdən də
ala bilir.
•
Məhsulun reklamının daha geniş şəkildə yayımlandırılması turoperatorunun adının turagent tərəfindən
tanıdılması. Göstərilən səbəbləri nəzərə alaraq və öz işini daha yaxşı kefiyyətcə üstün səviyyədə qurmaq
istəyən turoperator ilk əvvəl əməkdaşlıq etdiyi turagentlərin arasından daha fəal təşəbüskar olanları seçmək
şansını əldə edir.
•
Turagentlərinin əsas vəzifələri aşağdakılardır:
1.
Turoperatorların təşkil etdiyi turların bazarda (regional və şəhər ərazisi) özünün maliyyəsinin hesabına
reklam etməsi. Agent müstəqil olaraq hər hansı turların reklam edilməsi barədə qərar verməsi.
2.
Potensial müştərilərə turlar barədə düzgün məlumatların çatdırılması. Turagentə müraciət edən müştəriyə
maraqlandığı tur barədə dolğun və ətraflı məlumatın verilməsi.
3.
Turun satışı turoperatorda turun bronlaşdırılması və turoperatordan müvafiq təsdiqin alınması.
4.
Müştəridən turagörə ödənişin alınması turun dəyərinin və turistin sənədlərinin turoperatora təqdim edilməsi.