Avtobus turu - Ölkəmizi tanıyaq
təsdiq olunmuş hərəkət qrafikinə uyğun olaraq təmin edir.
Marşrut üzrə hərəkət edən ekskursiya qrupunda
bələdçinin vəzifələri aşağıdakı kimidir:
- bələdçi turistlərin sorğu və istəklərinə vaxtında
cavab verməli və bu cür sorğu və istəklər ekskursiya
proqramının çərçivəsindən kənara çıxmadığı və yol
marşrutunda nəzərdə tutulduğu halda onları təmin
etməlidir;
- bələdçi tur avtobusunu idarə edən sürücünün
marşrutla kifayət qədər tanış olmadığı halda ona
kömək etməli, saxlama, dayanacaq və döngə yerlərini
qabaqcadan ona bildirməlidir;
- bələdçi və sürücü arasında olan münasibətlər qarşılıqlı şəkildə nəzakətli olmalıdır.
Ekskursiya zamanı tur avtobusunu idarə edən sürücü isə aşağıdakılara əməl etməlidir:
- obyektlərin göstərilməsi və onlar haqqında məlumatların verilməsi üçün ən rahat olan hərəkət
rejiminin seçilməsi;
- müəyyən sahələrdə hərəkət sürətinin azaldılması və ya avtobusun saxlanması;
- turistlərin rahatlığı üçün lazım olduqda istilik və ventilyasiya sistemlərinin işə salınması;
- avtobusa yanacağın nə vaxt doldurulması, hər hansı texniki nasazlıq baş verərsə bunun səbəblərinin
və dayanmanın təxmini müddətinin bələdçiyə və ya ekskursiya üzvlərinə bildirilməsi;
- salonun təmiz saxlanılması; - ekskursiya üçün bələdçinin istifadə etdiyi səs sistemlərinin saz
vəziyyətdə olmasını təmin etməli, təcili tibbi yardım qutusunun tam şəkildə olması qayğısına
qalmalıdır.
Sürücü tərəfindən ekskursiyanın aparılmasına müdaxilə edilməsi, ekskursiya rəhbərinin
verdiyi məlumatlara əlavə etmək səyləri, hərəkət zamanı turistlərlə söhbət aparılması qəti şəkildə
yolverilməzdir.
Turistləri belə riskli amillərin təsirindən mühafizə etmək məqsədilə zəruri olan yerlərdə
onların yanğın təhlükəsinə qarşı xəbərdar olunmaları, obyektlərin və ərazilərin yanğın təhlükəsi
təlimatı ilə təmin edilməsinə sössüz əməl olunması tələb olunur. Ekskursiya avtobusunda yanğınsöndürən
qurğunun olması bu baxımdan əsas şərtlərdən biridir. Hər bir turistin şəxsi təhlükəsizliyi
ilə bərabər əmlakının da qorunması həm turistin özünün, həm də bələdçi və sürücünün əsas
vəzifələrindəndir. Belə ki, turistlər pullarını və qiymətli fərdi əşyalarının (foto və videokamera,
bahalı telefon, bəzək və geyim əşyaları və s.) itməməsi üçün xəbərdar olunmalı, onlar bunun üçün