11.
Ekskursiya aparılması texnikasının müəyyən edilməsi.
12.
Metodiki göstərişlərin tərtib edilməsi.
13.
Fərdi mətnin tərtib edilməsi.
14.
Marşrutda ekskursiyanın qəbulu (təhvil verilməsi).
15.
Ekskursiyanı turist firmasının turizm məhsulu kimi təsdiq edilməsi.
Hər mərhələnin hazırlanması zamanı müəyyən tələblər yerinə yetirilməlidir.
Hər bir ekskursiyanın effektliyi, onun keçirilmə texnikasından, metodika və keçirilmə texnikasının
əlaqəsindən əsaslı surətdə asılıdır. Ekskursiyanın keçirilməsi üzrə bir sıra tələblər irəli sürülür. Bu
tələblərə aşağıdakılar daxildir:
-
ekskursiya bələdçisinin ekskursiyaçılarla tanış olması;
-
obyektin ətrafinda ekskursiyaçılarrn düzgün yerləşdirilməsi;
-
ekskursiyaçıların avtobusdan çıxması və avtobusa qayıtması;
-
ekskursiya bələdçisinin mikrofondan istifadə etməsi;
-
ekskursiyanın bütövlükdə və ayrı-ayrı yarımmövzuların açıqlanmasına ayrılan vaxta riayət edilməsi;
-
ekskursiyaçıların suallarma cavab verilməsi və s.
Bələdçinin potfelindən istifadə etmə texnikası
Obeyktlərin nümayişi zamanı metodiki üsullardan istifadə olunmasında bələdçinin potfelinin əhmiyyəti və rolu
böyükdür.Hər ekspanatın - fotoşəkil rəsm, rəsm reproduksiyası, portret, çertiyoj, sənət surətinin öz sıra
nömrəsi var. Buda ekskursiyaçılara nümayiş edilən eksponatların ardıcılığını müəyyən edir. Ekskursiya
bələdçisi eksponatı ekskursiyaçılara öz yerindən göstərə bilər, yaxud avtobusda daha yaxından tanış olmaq
üçün cərgə ilə ekskursiyaçılara ötürə bilər.
Ekskursiyanın metodiki hazırlanmasına əsasən bələdçi audio və video kasetlərdən istifadə edə bilər.
Aparatların saz və işlək vəziyyətdə olduğunu lazımı lent yazılarının olduğunu öncədən yoxlamaq lazımdır.
Bələdçi bu aparatlardan istifadə olunma qaydasını bilməlidir.