•
Ekskursiyanın təşkili zamanı hansı növ nəqliyyatdan istifadə olunur?
•
Ekskursiyada bələdçilərin sayı nədən aslıdır?
4.1.1 YOLA DÜŞMƏZDƏN ƏVVƏL EKSKURSİYANIN MADDİ - TEXNİKİ TƏRƏFLƏRİNİ HƏLL EDİR
EKSKURSİYANIN MADDİ TƏRƏFLƏRİ
Ekskursiya rəhbəri tur təşkili zamanı onu maddi tərəflərini düzgün müəyyən etmək üçün ilk öncə effekttiv
ekskursiya cədvəlini qurmağı başarmalıdı. Bu cədvəl çərçivəsində hər bir xırda məqamı dəqqiq müəyyən
etməlidir. Turun təşkili zamanı ekskursiyaçılara göstərəcəyi xidməti dəqiq siyahılaşdırmalıdır. Çünki hər
bir xidmət maddiyatla dəyərləndirilir. Tur təşkilinin maddi tərəflərini müəyyən etmək üçün ekskursiya
rəhbəri özü üçün hesabat cədvəli təyin etməlidir. Bu cədvəli təyin etmək üçün seçilmiş turizm bölgəsinə
qədər olan məsafəni düzgün bilməli və bu məsafə qarşılığında marşurut xərclərinin düzgün təyin etməlidir.
Ekskursiya rəhbəri yol məsafəsinin uzunluğunu nəzərə alaraq marşut xətti boyunca marşurutda keçirdəcəyi
əyləncəli oyunların mükafat xərclərini, nahar fasiləsini (nahar fasiləsi etmək üçün məkan və xidmət xərcləri
düzgün müəyyən olunmalıdır), əgər gedəcəkləri turizm bölgəsində seçilmiş ünvana giriş xərəclərini tur
təşkilatçısı qarşılıyırsa bu xərcləri düzgün müəyyən etməli, həmçinin tur zamanı foto çəklişlərin və
bunların disklərdə qonaqlara verməsi üçün xərcləri düzgün hesablamalıdır. Hər bir ekskusiya rəhbəri şəxsi
hesab cədvəli qurmaq üçün sadə mühasibatlıq biliklərinə malik olmalıdır.
Ekskursiyanın hazırlanma mərhələləri:
1.
Ekskursiyanın məqsəd və vəzifələrinin müəyyən olunması.
2.
Mövzunun seçilməsi.
3.
Ədəbiyyatın seçilməsi və biblioqrafiyanın tərtib edilməsi.
4.
Ekskursiya materialının mənbəyinin müəyyən edilməsi. Mövzu üzrə muzey ekspozisiyası və fondlarla tanışlıq.
5.
Ekskursiya obyektlərinin seçilməsi və öyrənilməsi.
6.
Ekskursiya marşrutunun tərtib olunması.
7.
Marşrut üzrə hərəkət.
8.
Ekskursiyanın yoxlama mətninin hazırlanması.
9.
«Ekskursiya bələdçisinin portfelinin» komplektləşdirilməsi.
10.
Ekskursiya aparılmasının metodiki üsullarının müəyyən edilməsi.