Təqdimat süjetli və süjetsiz olaraq iki yerə bölünür. Süjetli təqdimatlar adətən tarixi və məişət mövzulu
ekskursiyalarda təşkil olunur. Süjet xətti olan ekskursiyalarda hökmən bir aparıcı şəxs vardır. Onun üçün
hər hansı bir hərəkət xarakterik olub ekskursiyanın canlanması, ekskursantların tarixi faktı daha yaxşı
yadda saxlaması, hadisələrin əsl mahiyyətini mənimsəməsi mümkün olur.
Ekskursiyalar zamanı təqdimatın aşağıdakı vəzifələri vardır:
-
Ekskursantlar qarşısında olan obyektin onlara göstərilməsi;
-
Artıq özü olmayan və ancaq şəkil və fotoda olan obyektlərin təqdim olunması;
-
Hadisə olmuş həmin yerdə həmin hadisənin təsəvvürünü yaratmaqla onu təqdim etmək;
-
Tarixdə yaşamış görkəmli şəxsin həmin yerdəki tarixi işlərini canlandırıb təqdim etmək;
-
Obyektin təsvir olunduğu perioda uyğun vəziyyətini təsdiq edən əvvəlki halını göstərən
təqdimat.
Təqdimat zamanı nəzərdə tutulan şərtlər
Ekskursiya obyektinin səmərəli təqdimatını keçirmək üçün aşağıdakı şərtlər ödənilməlidir:
-
təqdimat nöqtəsinin düzgün seçilməsi;
-
təqdimatın ən sərfəli vaxtının seçilməsi;
-
ekskursantların mövzudan uzaq səslənən bütün predmet və hadisələrdən uzaq tutulması;
-
ekskursantlarin hərəkətinin onun göstərilmə metodikası kimi istifadə olunması;
-
bələdçilərin bu sahə üzrə həm bilik, həm də vərdişlərinin olması;
-
ekskursantların əvvəlcədən bu təqdimata hazırlanması.
Təqdimatın səmərəliliyi təkcə bələdçinin bilik və bacarıqlarından asılı deyildir. O həm də
ekskursantların obyekti necə mənimsəməsinə edilən köməkdən asılıdır. Belə ki, bir çox hallarda
ekskursantlara çox mürəkkəb bina və qurğu, tarixi arxitektura abidəsi, bağ, park, döyüş meydanı kimi
yerlər təqdim olunur ki, onların da asan qavranılması üçün çertyoj, model, maneken formalarında
əvvəlcədən izah edilməsi gərəkdir.Bu baxımdan bələdçinin vəzifəsi ekskursantlara ən yaxşı tanıtım
nöqtəsinin tapılmasına kömək etməkdir.Obyektin ölçüləri, onun miqyası haqqında əyani təsəvvür yaratmaq
üçün ağac, bina, insan, zəng kimi müqayisə predmetləri istifadə oluna bilər.
Ekskursiyalar zamanı təqdimatın aktivliyi ikitərəfli bir proses kimi nəzərə çarpır. Bunlar, bələdçinin
təqdim olunan obyektin tanıdılmasına yönəlmiş aktivliyi və ekskursantın ona təqdim olunan obyekti
öyrənmək üçün göstərdiyi aktivlikdir. Belə ki, bələdçi öz izahatları ilə