İkinci yarımqrupa öz asudə vaxtını maraqlı işlərlə zənginləşdirmək istəyən, müəyyən məqsədi olmayan ekskusantlar daxildir. Bu tip insanlar başqa işləri olmadığına görə ekskursiyada iştirak edirlər.
Yuxarıda göstərilən yanmqrupların ekskursantları ekskursiyaya müxtəlif münasibət göstərirlər. Birincilər - istənilən mövzuda olan ekskursiyada eyni maraqla iştirak edirlər.
İkincilər - ancaq müəyyən mövzulu ekskursiyada iştirak edirlər.Əlbəttə ekskursantların bu cür bölgüsü şərtidir. Lakin bu, turist təşkilatlarına bir çox məsələlərin həllində yardımçı olur.
İkinci qrup - birinci qrupdan daha dəqiq və aydın seçilir. Bu qrup aşağıdakı əlamətlərinə görə seçilir:
Bu qrup əhali üçün ekskursiyanın işlənib hazırlanması zamanı iştirakçıların sağlamlığı, kurort rejimi, ekskursiyada hərəkət tempi, yerin relyefi, ekskursiyanın keçirilmə vaxtı nəzərə almmalı və istirahət edənlərin yemək qaydaları pozulmamalıdır.
Gənclər üçün təşkil olunan ekskursiyalarda metodikaya əsasən fəallıq, temp və piyada hərəkət çox olmalıdır.Şagirdlər üçün ekskursiyaları bir neçə qrupa bölmək məqsədə uyğundur. 5-7-ci siniflər və 9-11-ci siniflər. Hər bir qrupun bu yaşa uyğun xarakterik psixoloji xüsusiyyətiəri var.
Şagirdlər üçün aparılan ekskursiyalar adi ekskursiyadan fərqli olaraq hər bir obyektə baxmaq üçün avtobusdan düşmək lazımdır və tarixi mədəni abidələr haqda qısa məlumat verilir. Ekskursiya zamanı gərginliyi aradan qaldırmaq üçün müxtəlif oyunlar, viktorinalar keçirilir, mahnılar oxunur. Bu ekskursiyada, ekskursiya rəhbərinin «çantası»ndan daha fəal istifadə edilir və bədii-ədəbi əsərlərdən sitatlar, şeirlər oxunur. Ekskursiyada məntiqi keçidlərdən məharətlə istifadə etmək lazımdır. Bu şagirdlərə ekskursiya mövzusunu daha yaxşı mənimsəməyə kömək edir və materialın ardıcıllığına riayət olunur.