Turizmin təşkilində ekskursiya xidməti mühüm rol oynayır. Mükəmməl və cəlbedici ekskursiya proqramı olmadan daxili və xarici turizmin inkişafı mümkün deyil. Ekskursiya xidmətinin əsas məqsədi turist və Şəki xan sarayı ekskursantların tələbatını ödəmək və bu fəaliyyət nəticəsində gəlir əldə etməkdədir. Ekskursiya xidməti turistlərin tələbatına uyğun gələrsə, bu ekskursiyanın uğuru sayıla bilər. Turistlərə ekskursiya xidməti göstərmək üçün əvvəlcədən səyahətin məqsədinə uyğun gələn proqram tərtib olunmalıdır.
Proqramın strukturu və məzmunu turun növü ilə, şəhər marşrutunda ekskursiya imkanları və qrupun hərəkəti üçün istifadə olunan nəqliyyat ilə müəyyən olunur.
Avtobus, qatar, teploxod ilə səyahət edən turistlərə yol boyu ekskursiya məlumatları verilir. Turların müxtəlif növ olması, ekskursiya xidmətinin xüsusiyyətini təyin edir. İstirahət. məqsədi ilə təşkil olunan turların proqramına 1-2 ekskursiya daxil edilir. Bu ekskursiyalar təbiət obyektlərinə piyada (şəlalə, park və s.) və ya teploxodla dəniz gəzintisi ilə aparılır.
Nəqliyyat ekskursiyalarının təşkilində kiçik aviasiyadan (vertolyot, azyerli təyyarə) istifadə oluna bilər. Məsələn, ekskursantlar Neft daşlarına və ya Azərbaycanın hər hansı bir rayonuna getmək üçün kiçik aviasiyadan istifadə edə bilərlər.İşgüzar turların proqramına, mütləq istehsalat müəssisələrinə və ya obyektlərinə ekskursiya daxil edilməlidir. Bu turda iştirak edən turistlərin peşə marağına uyğundur.
Tanışlıq, gəzmək, öyrənmək turları daha çox ekskursiya proqramları ilə zəngindir. Bu növ ekskursiyalar iri şəhərlərdə, tarixi və mədəni mərkəzlərdə təşkil olunur.