•
Aşağda göstərilmiş fəaliyyətləri 4 qrupa bölünərək aranızda bölüşdürüb cavablandırın. Yekunda bir birinizin
işlərini qiymətləndirin.
•
Xətti marşurutu nümunələrlə sxemdə qeyd edin.
•
Radial marşurutu nümunələrlə sxemdə qeyd edin.
•
Dairəvi marşurutu nümunələrlə sxemdə qeyd edin.
•
Kombinə edilmiş marşurutu nümunələrlə sxemdə qeyd edin
•
Turların və marşurutların təsnifatını özündə əks etdirən inklüziv turpaket hazırlayın və təqdimat edin.
•
İcmal ekskursiyaya xas olan xüsusiyyətləri özündə əks etdirən, hər hansı bir tarixi və mədəniyyət abidəsini
danışıqla təsvir edin və ümumi təəssürat yaradın.
•
Məktəblilərlə təşkil edilmiş ekskursiyalarda mədəni-maarif işinin və vətənpərvərlik hissinin
yüksəldilməsi üçün Azərbaycanın tarixinə aid müxtəlif suallar hazırlayın.
•
Azərbaycanda yerləşən tarix diyarşunaslıq muzeylərində olan arxeoloji, etnoqrafik, hərbi tarixi, maddi
tarixi mənbələri internet üzərindən araşdırın və müzakirə edin.
•
Peşə yönümlü hər hansısa bir istehsalat müəssisəsinin fəaliyyətini araşdırın və təqdimat hazırlayın.
•
Azərbaycanda olan incəsənət xadimlərinin adını daşıyan ev muzeyləri haqqında məlumat toplayın (internet və
digər mənbələr) və təqdimat hazırlayın.
•
Qruplara bölünərək yerli mədəniyyət şöbəsinin fəaliyyətinə dair məlumat araşdırın və müzakirə edin.
•
Müxtəlif tarixi dövrlərə aid memarlıq abidələrini araşdırın və əsrlərlə bölgüsün aparın.
•
UNESCO-ya daxil olan Azərbaycan nümunələrini araşdırın və bununla paralel UNESCO -ya daxil olan dünya
mədəniyyət miraslarını da araşdırın və müzakirə edin.
1.3. QİYMƏTLƏNDİRMƏ
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Ekskursiyanın əsas əlamətlərini müəyyən edir.”
•
Ekskursiya hansı funskiyaları yerinə yetirir?
•
Ekskursiya üçün ümumi xüsusiyyətlər hansılardı?
•
Hər bir ekskursiya növünün öz spesifik xüsusiyyətləri hansılardır?
•
Avtobusla keçirilən ekskursiyalarda nümayiş obyektləri hansılardır?