Ədəbiyyat ekskursiyaları:
- ədəbi - bioqrafık. Yazıçı, şair, dramaturqların və s. həyat və yaradıcılığı ilə bağlı olan xatirə
yerlərinə
ekskursiyalar;
- ədəbi - tarixi, milli ədəbiyyatın inkişafının müəyyən dövrlərini açıqlayan ekskursiyalar;
- ədəbi - bədii. Bu, ya digər yazıçının əsərlərində öz əksini tapmış yerlərə təşkil
edilənekskursiyalar;
- ədəbiyyat muzeylərinə.
Təbiətşünaslıq ekskursiyaları əsasən ekoloji istiqamətli olur.
Memarlıq - şəhərsalma ekskursiyaları:
- şəhərin memarlıq tikililərinin nümayişi;
- müəyyən tarixi dövrün memarlıq abidələrinin nümayişi;
- bir memarın yaradıcılığını əks etdirən;
- baş layihə üzrə şəhərlərin planlaşdırılması və abadlaşdırılması ilə tanışlıq;
- müasir memarlıq nümunələrinin nümayişi;
- yeni tikintilər üzrə.
Tematik ekskursiyaların bu və ya digər növləri, çox nadir hallarda bir-birindən ayrılıqda olur.
Məsələn, memarlıq - şəhərsalma mövzularında tarixi materiallardan istifadə olunur; təbiət şünaslıq
ekskursiya elementləri hər hansı bir tematik qrupa daxil olan ekskursiyada öz yerini tapır.
Hər şey ekskursiyanın keçirildiyi konkret şəraitdən (bu və ya digər şəhərin, regionun dərketmə
resursundan) asılıdır.
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyi