2.4.1. TEMATİK EKSKURSIYALAR SADALAYIR
TEMATİK EKSKRUSIYALAR
Tematik ekskursiyalar - konkret bir mövzunun açılmasına həsr olunur. Əgər bu tarixi ekskursiyadırsa,
onun əsasını bir mövzuda birləşdirilmiş, bir və ya bir neçə hadisə təşkil edə bilər. Əgər bu ekskursiya
memarlıq mövzusundadırsa, şəhərin küçə və meydanlarında yerləşən ən maraqlı memarlıq
abidələri, böyük şəhərlərdə isə qədim memarlıq ansamblları öyrənilmə predmeti ola bilər.
Tematik ekskursiyalar tarixi, istehsalat, sənətşünaslıq, ədəbiyyat, təbiətşünaslıq (ekoloji), memarlıq
- şəhərsalma ekskursiyalarına ayrılır.
Tarixi ekskursiyalar məzmununa görə aşağıda
göstərilən yarımqruplara bölünür:
- tarixi - ölkəşünaslıq;
- arxeoloji, maddi tarixi mənbələrin (qazıntı)
nümayişi;
- etnoqrafik (müxtəlif millət və xalqların məişəti,
adət və ənənələri haqqında);
- hərbi - tarixi (hərbi - xatirə yerləri);
- tarixi - bioqrafık (məşhur, tanınmış
şəxsiyyətlərin həyat və fəaliyyəti ilə bağlı olan yerlər);
- tarixi muzeylərə ekskursiyalar.
İstehsalat ekskursiyaları:
- istehsalat - tarixi;
- istehsalat - iqtisadi (bank, birja fəaliyyəti, daşınmaz əmlak bazarı və s.);
- istehsalat - texniki;
- şagirdlər üçün peşə yönümlü.
Sənətşünaslıq ekskursiyaları:
- teatr tarixi;
- musiqi tarixi;
- xalq bədii sənəti;
- incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə bağlı yerlər;
- rəsm qalereyası və sərgi zallarına, muzeylərə, rəssam və heykəltaraşların emalatxanalarına