2.3.1. İCMAL EKSKURSİYALAR HAQQINDA DANIŞIR
İCMAL EKSKURSİYALAR
İcmal (ümumi) ekskursiyalar bir qayda olaraq çox mövcud olur. Onları təsadüfən çoxplanlı
adlandırmırlar. Belə ekskursiyalarda tarixi və müasir materiallardan istifadə olunur və çox müxtəlif
obyektlərin (tarixi və mədəniyyət abidələrinin, bina və qurğuların, təbiət obyektlərinin, məşhur
hadisələrin, şəhərsalma və abadlaşdırma elementlərinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin
və s.) nümayişi üzərində qurulur. İcmal ekskursiyalarda hadisələr iri planda izah edilir, şəhər, vilayət,
diyar. respublika, dövlət haqqında ümumi təəssürat yaradır.
İcmal ekskursiyaların öz xüsusiyyətləri var. Tematik ekskursiyalardan fərqli olaraq, burada
mövzunun qısaca və səlist idarə edilməsində müəyyən çətinliklər yaranır. Onlar hazırlanma və
aparılma yerindən asılı olmayaraq ilk növbədə, praktiki olaraq öz strukturuna görə oxşar olur. Bu
ekskursiyaların hər birində bir neçə yarımmövzunun (şəhərin tarixi, sənaye, elm, mədəniyyət,
xalq təhsili və s.) qısa xarakteristikası işıqlandırılır. Eyni zamanda ümumi ekskursiyaların öz
fərqləndirici cizgiləri də vardır. Onlar yalnız müəyyən şəhərə, vilayətə, diyara xas olan tarixi
inkişafın xüsusiyyətləri ilə diktə olunur. Məsələn, hərbi döyüşlərin keçirilməsi haqqında hərbitarixi
yarımmövzu yalnız həmin şəhər və vilayətin ümumi ekskursiyalarında öz əksini tapır. Yazıçı,
şair və mütəfəkkir haqqında ədəbi yarım mövzular bu şəxsiyyətlərin həyatı və fəaliyyəti ilə bağlı
olan şəhərin ümumi ekskursiyasına daxil edilir.
Tarixi abidələr