Turlar satış zamanı xidmətlər paketinin formalaşmasına və tərkibinə görə, inklüziv və sifarişli turlara
ayrılır:
İnklüziv turlar - tərkibinə müəyyən, dəqiq, öncədən planlaşdırılmış xidmətlər dəsti daxil
edilən turlardır.
Sifarişli (fərdi) turlar - müştərinin istəyinə və seçiminə görə xidmətlər paketinin
tərkibi birbaşa satış zamanı formalaşan turlardır.
Xidmət proqramının tərkibindən asılı olaraq turlar aşağıdakı tiplərə ayrılır:
-
Tematik (mövzulu) turlar proqramında ekskursiya xidmətinin və tematik - dərketmə yönümlü
məşğulluğun (muzeylərə baş çəkmək, folklor bayramlarında iştirak etmək, xarici dillərin öyrənilməsi və s.)
üstünlük təşkil etdiyi turlar;
-
Kurort - sağlamlıq turları sağlamlığı bərpaetmə tədbirlərinin və istirahət yönlü məşğulluğun
(kurort proqramları, profilaktik su - palçıq müalicəsi, mineral sulardan istifadə, dəniz kənarında
istirahət, fıto-prosedurlar və s.) üstünlük təşkil etdiyi turlar;
-
İdman turları - idman tədbirlərinin və ya fəal hərəkət üsullarının (yürüşlər və gəzintilər, dağ
xizəklərində sürüşmə, velosiped turları, raftinq*, dayvinq**, məcaralı ekspedisiyalar və s.) üstünlük təşkil
etdiyi turlar;
-
Kombinə edilmiş turlar - xidmət proqramında tematik, kurort - sağlamlıq və idman - yürüş turlarının
elementlərini birləşdirən turlar.
Qeyd: * Raftinq tur dağ çaylarında içərisi hava ilə doldurulmuş rezin sal və qayıqlarda səyahət.
**Dayvinq - akvalanqla su altına enmə.
Mövsümə görə turlar:
-
İl boyu - bunlara illik fəaliyyət qrafiki olan bütün növ turlar aiddir;
-
Mövsümi - hər hansı bir mövsüm və ya mövsümlər ərzində fəaliyyət göstərən turlardır. Məsələn, yay
kurort
turları - yay aylarında, dağ - xizək turları isə qış-yaz mövsümlərində fəaliyyət göstərir və s.