- Ekskursiya - tamaşa, konkret bədii ədəbiyyat əsərləri əsasında hazırlanmış
ekskursiyanın ədəbibədii
aparılma formasıdır.
Ekskursiya müxtəlif ekskursiyaçı qruplar üçün tədris işinin aşağıdakı formaları kimi də baxıla bilər:
- Ekskursiya - konsultasiya (məsləhət), ekskursiya iştirakçılarm suallarına əyani
cavablar verən,
ixtisasartırılması növlərindən biridir;
- Ekskursiya - nümayiş, ekskursiyaçıların təbiət hadisələri, istehsalat prosesləri və
s. ilə yaxından
tanış olmasının ən yaxşı formasıdır;
- Ekskursiya - dərs, bu və ya digər tədris müəssisəsinin tədris proqramına uyğun olan
biliyin
çatdırılması formasıdır;
- Tədris ekskursiyası (ixtisaslaşmış auditoriya üçün) ekskursiya işçilərinin
ixtisasının və təhsilinin
artırılması formasıdır;
- Sınaq ekskursiyası, ekskursiyaların hazırlanması və keçirilməsi üzrə fərdi işin
həlledici
mərhələsi, hazırlıq keçən tələbə və ya işləyən ekskursiya bələdçilərin hazırladıqları yeni ekskursiya
mövzularının marşrutda yoxlanılma formasıdır;
- Nümunə ekskursiyanın məqsədi, konkret obyektdə bu və ya digər metodiki üsulun köməyi
ilə
müəyyən yarım mövzunun açılması nümunəsini göstərməkdən və s. ibarət olan tədris ekskursiya
formasıdır;
- Reklam məqsədli ekskursiya. Ekskursiyaların dəqiq olaraq müəyyən qruplara bölünməsi,
təcrübədə şərti xarakter daşısa da, ekskursiya təşkilatlarının fəaliyyəti üçün böyük əhəmiyyət
kəsb edir. Ekskursiyaların düzgün klassifikasiyası, ekskursiya bələdçisinin müştərilərlə apardığı
işin yaxşı təşkili üçün şərait yaradır, ixtisaslaşmanı asanlaşdırır və metodiki bölmələrin fəaliyyəti
üçün zəmin yaradır. Yeni ekskursiya mövzularının hazırlanması zamanı müxtəlif bilik sahələrinin
nailiyyətlərindən istifadə olunur.
Turların və marşurutların təsnifatı
Müasir beynəlxalq turizm xidmətləri bazarında çoxsaylı tur
və turist marşrutları mövcuddur. Bunlar çox rəngarəngdir və
müxtəlif istehlakçı qruplarına ünvanlanır. Tur və transturlarm
bir neçə təsnifat növləri vardır və hər bir növ müəyyən
təsnifat xüsusiyyəti ilə (günlərin sayı, nəqliyyat növü, tərkibi
və s.) seçilir.