1.
Məzmununa görə ekskursiyalar ümumi (icmal) və tematik ekskursiyalara ayrılır.
2.
İştirakçıların tərkibinə və sayına görə ekskursiyalar - fərdi və qrup şəklində, yerli əhali, gəlmə
turistlər, yaşlılar, məktəblilər üçün və s. ayrılır.
Ekskursiya materialının mənimsənilmə xüsusiyyəti yuxarıda göstərilən hər bir qrup üçün keçirilən
tədbirə,
onun metodikasına, aparılma texnikasına, həmçinin ekskursiyanın müddətinə müəyyən dəyişikliklərin edilməsini
tələb edir.
3.
Keçirildiyi yerə görə ekskursiyalar: şəhər, şəhərkənarı, istehsalat, muzey, kompleks (ekskursiyaların bir
neçə növünün elementlərindən ibarət) olur.
4.
Hərəkət üsuluna görə ekskursiyalar: piyada və müxtəlif nəqliyyat növündən istifadə edilən ekskursiyalara
ayrılır. Piyada ekskursiyaların üstünlüyü, hərəkətin lazımi tempini (sürətini) yaradaraq, nümayiş və danışıq
üçün əlverişli şəraitin təmin olunmasıdır.
Nəqliyyat ekskursiyaları (əksər hallarda avtobusla keçirilir) iki hissədən ibarət olur: dayanacaqlarda
ekskursiya obyektlərinin (məsələn, tarixi və mədəniyyət abidələri) təhlili və obyektlər arası yol boyunca
abidələrin və xatirə yerlərinin (yanından keçərək) xarakteristikası haqqında məlumat verilməsi.
Bəzi ekskursiya müəssisələri, ekskursiyanı trolleybus, tramvay, çay və dəniz gəmiləri, vertolyot və s.
nəqliyyat vasitələrindən istifadə etməklə təşkil edirlər.
5.
Müddətinə görə, ekskursiyalar bir akademik saatdan (45 dəqiqə) bir sutkaya qədər davam edə bilər.
Qısa müddətli turlar (1 gündən 3-4 günədək) bazar günü (istirahət günləri) marşrutları adlanır, bu turlarda
müxtəlif müddətli bir neçə ekskursiyanın keçirilməsi nəzərdə tutulur.
Keçirilmə üsuluna görə ekskursiyaların növləri
-
Ekskursiya - kütləvi gəzinti. Onun iştirakçıları eyni zamanda 10-20 avtobusla
marşurut üzrə
hərəkət edirlər. Hər avtobusda bir bələdçi ekskursiya aparır. Belə ekskursiyalara kütləvi səhnələşdirilmiş
tamaşalar, folklor bayramları və s. daxil edilir;
-
Ekskursiya - gəzinti, dərketmə elementləri ilə istirahət elementlərini birləşdirən
ekskursiya.
Meşədə, parkda, dənizdə, çayda və başqa yerlərdə keçirilir;
-
Ekskursiya - mühazirə (mövzu üzrə danışıq nümayişdən üstün olur);
-
Ekskursiya - konsert, avtobus salonunda musiqili əsərləri dinləməklə, musiqi
mövzusuna həsr
olunur;