•
Qruplara bölünərək kompüter otağından istifadə etməklə muzeydə olan stentlərdə nümayiş
etdirilən materiallar haqqında informasiya toplayın və onlar haqqında təqdimat hazırlayın.
•
4 qrupa ayrılaraq ekskursiyaların təşkili zamanı məntiqi ardıcıllığın əhmiyyətini əks etdirən
sxem hazırlayın və təqdimatını edin. Təqdimat sonrası digər qrupların materialını qiymətləndirib güclü və
zəif cəhətlərini müəyyənləşdirin
•
Xarici ölkələrdə bələdçiliklə bağlı hansı qanuni
tələblərin olduğunu internet üzərindən araşdırın və Azərbaycanla müqayisəsini edin.
•
Turizmin inkişafında bələdçi faktorunun əhmiyyətinin nədən ibarət olduğunu araşdırın.
1.5. QİYMƏTLƏNDİRMƏ
Öyrənmə prosesinə bağlı olan qiymətləndirmə meyarı:
“ Bələdçilik peşəsinin bu günü və keçmişini uzlaşdırır.”
•
Turizmin inkişafının tarixi mərhələləri hansılardır?
•
Azərbaycana gələn səyahlar kimlərdi?
•
Azərbaycana gələn ilk rus səyyah kim olmuşdur?
•
İlk insan sivilizasiyalarının yarandığı ölkələr hansılardı?
•
Avropa sivilizasiyasının yaranmasında əsas rolu olan alimlər kimlərdir?
•
Kütləvi turizmin əsası neçənci ildə və kim tərəfindən qoyulmuşdur?
•
XIX əsrdə səyahətə çıxan turistlərin sayının artmasının əsas səbəbi nə idi?
“Ekskursiyanın mahiyyətini müəyyən edir”
•
Ekskursiya nəyə deyilir?
•
Ekskursiyada məntiqi ardıcıllığın rolu nədir?
•
Ekskursiyalar zamanı hansı məntiqi qanunlar öz əksini göstərir?
•
Eynilik qanunu ekskursiyalar zamanı özünü necə göstərir?
•
Ekskursiyalar zamanı məntiqi qanunlar bələdçiyə və metodistə hansı problemləri həll
etməyə imkan verir?
•
Ekskursiyalar zamanı məntiqi qanunlara əməl olunmasının özünəməxsus xüsüsiyyətləri hansıdır?