Əksklik qanunu onunla izah olunur ki, obyekt və ya hadisə haqqında danışılarkən hər hansı iki əks arqument eyni anda düzgün sayıla bilməz.
Üçüncünün istisnası qanunu ekskursiyalar zamanı bir- birini inkar edən və ya bir-biri ilə eynilik təşkil edən hal və hadisədən fərqli olaraq üçüncü bir arqumentin mümkün- süzlüyüdür.
Kifayət qədər əsaslılıq qanunu onunla izah olunur ki, istənilən fikrin real qəbul olunması üçün şübhəsiz olmasına tam əmin olunan digər faktlarla sübut olunmalıdır.
Ekskursiyalar zamanı məntiqi qanunlara əməl olunmasının özünəməxsus xüsusiyyətləri vardır. Onlardan ən mühümü odur ki, burada ortaya qoyulmuş əsas tezis və fikirlər ziyarətçi arqumentləri ilə izah olunur. Belə ki, ekskursiyalar zamanı insanın əldə etdiyi yeni biliklər iki yerə bölünür: