Səyahət daha qədim anlayışdır. Səyahətdə məkan və zaman məhdudiyyəti yoxdur. Səyahətlər və yerdəyişmələr insanları tarix boyu müşahidə etmişdir. İnsan cəmiyyəti təkminləşdikcə səyahətlərdə dəyişmişdir. Turizm müxtəlif insan sivilizasiyalarının yaranmasında və inkişafında mühüm rol oynamışdır. 5 min il bundan əvəl dünyanın müxtəlif yerlərində - Çində, Hindisanda, Yaxın Şərqdə, Yunanıstanda insan sivilizasiyaları əmələ gəlmişdi. İnsanlar ölkələr arası səyahətlərə çıxmış iqtisadi əlaqələr yaratmış və ideya mübadiləsi aparmışlar. O dövrün qabaqcıl ideyalarının yayan alimlər və məşhur səyyahlar formalaşmışdır. Herodotun, Strabonun, Pifaqorun, Demokritin, Platonun və başqa alimlərin elmi mübadiləri Avropa sivilizasiyasının yaranmasına səbəb olmuşdur.
Orta əsrlərdə səyahət edən ayrı - ayrı şəxslər, diplomatlar, tacirlər, zəvvarlar və başqa adamlar olmuşdursa XIX əsri əvəllərindən uzun sürən səyahətlər qısa və çoxda böyük xərc tələb etməyən ucuz başa gələn turist səfərləri ilə əvəz olunmağa başlayır. Səfərə çıxan turistlərin sayı sürətlə artır. Bununda əsas səbəbi kapitalizmin inkişafı idi. Müsair kütləvi turizmin əsasını qoyan Tomas Kuk olmuşdur. O, 1841 - ci ildə Böyük Birtaniyada Midland Railvay şirkəti ilə müştərək olaraq 500 adamın Lankasterdən
Lonqoburqa səyahətin təşkil etmişdir.1847 - ci ildən başlayaraq Kukun yaratdığı ilk turist kompaniyası səyahətə getmək istəyənlərə bilet satmağa başladı. Tomas Kuk 1863 - ci ildə İsveçə və 1868 - ci ildə Şimali Amerikaya böyük səyahətlər təşkil etmişdir.Amerkaya səyahətçilər gəmilərlə göndərilirdi. Bu cür səyahətlər aylarla davam edirdi. 1868 - ci ildə Kuk ilk dəfədə dünya səyahətinidə təşkil etmişdir.