TƏLİM NƏTİCƏSİ 1
Şəhər üzrə icmal ekskursiyanın hazırlıq metodikasının əsas məsələləri aşağıdakılardır:
Ekskursiyanın tərtib edilməsində qayda və ardıcıllığa riayət olunur:
1. Ekskursiyanın əsas mövzularını və onun tematik quruluşunun müəyyən edilməsi;
2. Obyekt və marşurutların ilkin seçimi üçün şəhəri birinci dəfə gəzib nəzərdən keçirmək;
3. Biblioqrafiyanın seçimi;
4. Ədəbiyyatın öyrənilməsi;
5. Ekskursiya obyektlərinin kartotikasının tərtib olunması;
6. Ekskursiya rəhbərlərinin “çantası”nın kompektləşməsi və hazırlanması;
7. Obyektlərin marşurut üzrə bölünməsi və ardıcıllığını təmin etmək üçün şəhəri ikinci dəfə gəzib nəzərdən keçirmək;
8. Marşurutun metodikasını işləyib hazırlamaq;
9. Toplanmış materialları və işlənib hazırlanmış metodika əsasında, ekskursiya mətnini yazmaq;
10. Ekskursiya marşurutunu dəqiqləşdirmək, məntiqi əlaqələrin və ekskursiyaya keçidin müəyyənləşməsi üçün şəhəri bir daha gəzib nəzərdən keçirmək lazımdır;
11. Bütün dayanacaq məntəqələrini göstərməklə,ekskursiya avtobusunun dayanacaqları üçün icazə haqqında DYP-ə məkubla müraciət etmək lazımdır;
12. Metodiki şuranın və ya bölmənin metodistləri ilkin ekskursiyanı dinləməlidir;
13. İcmal şəhər ekskursiyasını,aparacaq bütün ekskursiya rəhbərləri üçün təlim ekskursiyalar təşkil olunmalıdır;
14. Tanışlıq,resenziya və təsdiqlənmə üçün ekskursiya mətni bölməyə təhvil verilməlidir;
15. Təqdim olunan mətn və ya sınaq ekskursiyasından sonra,metodistin müsbət rəyi əsasında,ekskursiya rəhbərinə ekskursiya aparmağa icazə verilir;
16. Hazırlanmış və tərtib olunmuş ekskursiya reklam olunur.