TƏLİM NƏTİCƏSİ 1
Çoxplanlı icmal ekskursiyanın tərtibi və təşkili nisbətən mürəkkəbdir.Bu tip ekskursiya turistlər üçün daha çox maraq kəsb edir, çünki qısa müddət ərzində şəhərin tarixi və müasir vəziyyəti ilə tanış olur. Əsas çətinlik də şəhərlə bağlı olan geniş və böyük materialı bu ekskursiyada necə yerləşdirmək, optimal marşrutu necə seçmək, turistlərə ilk növbədə nəyi göstərmək, nə ilə tanış etmək, uzaq keçmişə, müasir günə və gələcəyə aid olan, müxtəlif materialları, vahid şəkildə necə əlaqələndirmək, bir-birilə yaxın olan müxtəlif dövrə aid və müxtəlif məna ifadə edən abidələri, obyektləri ekskursiya rəhbərinin nitqində məntiqi şəkildə necə uyğunlaşdırmaqdan ibarətdir.
İcmal ekskursiyanın hazırlanması və aparılmasında yarımmövzuların ardıcıllığı, abidələrin və digər ekskursiya obyektlərin bir-biri ilə qarşılıqlı əlaqəsi böyük rol oynayır. Şəhər üzrə icmal ekskursiya şəhər haqqında məntiqi ardıcıllıqla tərtib olunmuş və əhəmiyyət kəsb edən abidələrin nümayişinə əsaslanan ekskursiyadı. Bu ekskursiyanın məqsədi, turistlərə şəhərin görünüşünü və obyektlərin xüsusiyyətləri, müasir vəziyyətinin tarixi ilə tanış etməkdir.
İcmal ekskursiyanın hazırlanması və aparılmasında yaımmövzuların ardıcıllığı ,abidələrin və digər ekskursiya obyektlərinin bir-biri ilə qarşılıqlı əlaqəsi böyük rol oynayır. Eyni zamanda qeyd etmək lazımdır ki, turist qrupunun nümayis etdirilən obyektə necə yaxınlaşması və obyektdən alınan təəssürat, ekskursiyanın tərtib edərkən nəzərə alınmalı və bunun metodikasını ekskursiya rəhbəri işləyib hazırlamalıdır.
Ekskursiya rəhbəri aşağıdakı tövsiyyələri nəzərə almalıdır:
1. Marşurutun tərtib olunmasında turist qrupunun yerdəyişməsində vaxta qənaət olunmasına çalışmalı, obyektlərin bir-biri ilə əlaqəsi münasib və rahat olmalıdır.
2. Çalışmaq lazımdır ki, ekskursiya marşurutunun başlanğıc və son məntəqəsi ekskursiyanin xarakterinə uyğun olsun.Başlanğıc məntəqə ekskursiya marşurutu ilə əlaqəli olmalıdır,bütün marşurutun ekskursiya materialını yekunlaşdırmaq və ümumilləşdirmək və bununla da ekskursiyanı son məntəqəsində tamamlamaq mühüm amildir.
Ekskursiyanın tərtib olunması və aparılması yaradıcı iş olmasına baxmayaraq, bəzi hallarda, ekskursiya təcrübəsi prossesində marşuruta dəyişikliklər, əlavələr daxil edilib təkmilləşdirilə bilər.