“EKSKURSİYA RƏHBƏRİ” MODULUNUN
SPESİFİKASİYASI
Modulun adı: Ekskursiya rəhbəri
Modulun kodu: 2
Saatlar və kredit:
Modulun ümumi məqsədi: Bu modulu bitirdikdən sonra tələbə ekskursiyaların anlayışını, mahiyyətini və təsnifatını bilir və ekskursiyaların hazırlanmasını qaydalara əsasən idarə etməyi bacarır.
Təlim nəticəsi 1: İcmal ekskursiyanın təşkilini əsaslarını bilir və ekskursiyanı təşkil etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. İcmal və tematik ekskursiyaların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edir.
2. İcmal ekskursiyanın təşkilini metodoloji əsaslarını sadalayır.
3. İcmal ekskursiyanın aparılma mərhələlərini vurğulayır.
4. İcmal ekskursiya təşkil etməyi nümayiş etdirir.
Təlim nəticəsi 2: Tematik ekskursiyaları bilir və təşkil etməyi bacarır.
Qiymətləndirmə meyarları
1. Tarixi ekskursiyaları təşkil edir.
2. Memarlıq və şəhər salma ekskursiyasının aparılma texnikasını vurğulayır.
3. İncəsənətşünaslıq ekskursiyanı məruzə edir.
4. Ədəbi,sərgi və muzeylərə ekskursiyanı yerinə yetirir.
5. İstehsalat ekskursiyalarını təşkil edir.
Təlim nəticəsi 3: Turizmin müxtəlif növlərinə uyğun ekskursiyaların təşkilini bacarır.
Qiymətləndirmə meyarları
1. Eko turizmin xüsusiyyətlərini müəyyən edir.
2. Dağ-xizək turizmin xüsusiyyətlərini vurğulayır.
3. Milli parklara qoruqlara yasaqlıqlara ekskursiya təşkil edir.
4. Aqroturizm xüsusiyyətlərini göstərir.
5. Nostolji, dini ekskursiyanı, ritual, speloo və digər turizm növlərinə uyğun ekskursiyanı hazırlayır.