TƏLİM NƏTİCƏSİ 3
Ritual Turizm - hər hansı bir ayin və mərasim keçirilməsinin nizama salınmış formasıdır. Ritual latın sözü “titus”-dan törəyib “Müqəddəs adət” deməkdir. Ritual səyahətlər müxtəlif xalqların öz dini ayin və başqa mərasimlərini həyata keçirmək üçün etdiyi səyahətdir. Bu səyahətlər müxtəlif məqsəd və xüsusiyyətlərinə görə fərqlənirlər.
Dini ayin həyat və ölümün, gündüz və gecənin bir-birini izləməsi, göy cisimlərinin hərəkətləri və fəsillərin ard-arda gəlişi kimi, bizə görə təbii yaradılışlar kimi olan şeylərdə üzə çıxan inanılmaz və möcüzəvi yerlərdə baş verir. Bəzi ayinlər vardırki bizlər bunları “Tabu” kimi qəbul edirik.
Buna görə də bəzi insanlar bu ayinləri elə yerindəcə görmək üçün bəziləri də ayini yerinə yetirmək üçün Ritual səyahətə çıxırlar. Turistlərə daha maraqlı gələn rituallardan bəzisi aşağıdakıdır:
Bu ritual “Bungee Jumping” idmanı kimidir, amma istifadə edilən material üzüm sarmaşığıdır. Məqsəd ölümə ola bildiyi qədər yaxın olmaqdır. “Vanuatu” cəmiyətində yaşayan kişilərin məqsədi başlarını səthə dəydirmək və sağ qalmaq.
Speleoturizm. Speleoturizm təbii mağaralar, maneələr və yeraltı zolaqları müxtəlif xüsusi sursatlardan (kəndir, akvalanq, şəxsi siğorta avadanlığı) istifadə edərək səyahət etmək anlamını daşıyır. Speleoturizmin səciyyəvi xüsusiyyətləri onun marşrutlarının mürəkkəbliyində və ekspedisiyanın çox uzaq və ekstremal yerlərə səyahət etməsindədir.
3.6. TƏLƏBƏLƏR ÜÇÜN FƏALİYYƏTLƏR
• Ekoturizm anlayışını qrup şəklində izah edin;
• Azərbaycan ekoturizm üçün əlverişli olmasını faktlarla izah edin;
• Dövlətimizin ekoturizmin inkişafı üçün gördüyü tədbirləri araşdırın;
• Ekoturizmin xüsusiyyətləri haqda məlumat toplayın;
• Ekoturizmin xüsusiyyətlərini bölgələr üzrə qruplaşdırın;
• Dağ-xizək turizmin digər turizmdən fərqli xüsusiyyətini izah edin;
• Azərbaycanda Dağ-Xizək turizmin potensialını araşdırın;
• Dünya ölkələrində bu turizm sahəsinin inkişaf etdiyi ölkələri araşdırın;
• Azərbaycanda Tufandağ və Şahdağ qış turizmin inkişaf perespektivlərini izah edin;
• Avropa ölkələrində bu turizm sahəsinin inkişafının səbəblərini izah edin;
• Qoruq anlayışını izah edin;