TƏLİM NƏTİCƏSİ 3
Ancaq təcrübələr göstərir ki, turizmin inkişaf yollarından danışılan bir dönəmdə insanların tələbatına uyğun marşrutların da yaradılmasına ehtiyac var. Azərbaycan anlayışı tarixən böyük əraziləri əhatə etmiş lakin yadelli basqınları, böyük imperiyaların Azərbaycana maraqları yurdumuzun parçalanmasına gətirib çxarmışdır. Beləki ən böyük ayrılıq Gülüstan (1813) və Türkmənçay (1828) sülh müqavilələri imzalandıqdan sonra xalqımız bir-birindən ayrı qaldı. 1941-45 Böyük Vətən müharibəsi zamanı xalqın igid oğul və qızları itkin düşdü və yaxud muhacirət yaşamağa başladı. Zaman-zaman ayrı qalmış qohumlar nəsillər bir-birini axtarmağa başladılar. Və son dövrlərdə bu iş daha da sürətləndi.
Dini turizm hər hansı bir dini mərasimlərin, missiyaların, ibadətlərin yerinə yetirilməsi məqsədi ilə həyata keçirilən səyahətdir. Su turizmi - çaylarda, kanallarda, göllərdə, dənizlərdə üzən teploxodda, yataxda və çay dəniz gəmilərinin digər növlərində səyahətdir. İxtisaslaşmış turizm-hər hansı bir yerin spesifik xüsusiyyətlərini öyrənmək, fərdi təcrübəsini artırmaq, idman normativlərini yerinə yetirmək, aktiv istirahət və digər ixtisaslaşmış tur alan turistləri müəyyən etmək üçün istifadə olunan termindir. Məqsədli turizm müxtəlif kütləvi tədbirlərdə təşkil olunan turizmdir. Xüsusi məqsədli turizm-ictimai tədbirlərdə iştirak etmək üçün həyata keçirilən səyahətdir. Ekoturizm təbiət turizminin xüsusi forması kimi ətraf mühitə qayğı ilə bağlı turizmdir.Kəndli fermer turizm fəaliyyətdə olan fermaların turizm fəaliyyətininn ayrı növlərindən əlavə gəlir götürmək məqsədi ilə bağlı turizmdir. Kənd turizmi - turistlərin kənd yerlərinə müvəqqəti səfəridir.Macəra turizmi fiziki cəhətdən çox ağır çox vaxt isə həyat üçün təhlükəli olan anlayışdır. Etnik və ya nostalji turizm - beynəlxalq turizmdə əhəmiyyətli yer tutan qohumlarla görüşmək və ya valideynlərin anadan olduqları ata-baba yurduna səyahət etməklə bağlı olan turizm növüdür. İşgüzar turizm - işgüzar məqsədlə edilən səfərdir. Elm və ya konqres turizm - Müxtəlif konqreslərdə, sinfoziumlarda, yığıncaqlarda iştirak etmək məqsədi daşıyan səyahətdir. Müalicə məqsədli səfərlər - bu fərdi səyahət növüdür. Rekresiya turizmi - istirahət və müalicə məqsədi ilə həyata keçirilən səyahətdir.
Esktermal Turizm
Ekstremal turizm aktiv həyat tərzi keçirmək və səyahət
etməyi sevmək, təbiətin və dünyanın ekstremal
imkanlarını sınaqdan keçirməkdir. Hazırda bu idman
növü sürətlə inkişaf edir və ətrafında olduqca böyük
infrastruktur formalaşdırmaqdadır.