TƏLİM NƏTİCƏSİ 3
3) Qaragöl Dövlət Təbiət qoruğu Laçın rayonu ərazisində yerləşir.
4) Göygöl Dövlət Təbiət qoruğu Göygöl rayonu ərzisində yerləşir. Flora və fauna qorunur.
5) Qızılağac Dövlət Təbiət qoruğu Lənkəran rayonu ərazisində yerləşir burada müxtəlif quş növləri
ilə yanaşı məməli heyvanlarda qorunur.
6) İlusu Dövlət Təbiət Qoruğu Qax rayonu ərazisində yerləsir,flora və fauna qorunur.
7) İsmayıllı Dövlət Təbiət Qoruğu İsmayıllı rayonunda yerləşir, flora və fauna qorunur.
8) Pirqulu Dövlət Təbiət Qoruğu Şamaxı rayonu ərazisində yerləşir,flora və fauna qorunur.
9) Türyənçay Dövlət Təbiət qoruğu Ağdaş, Oğuz, Yevlax, Qəbələ rayonu ərazisində yerləşir, flora və
fauna qorunur. Arid meşələrinin landşaft kompleksinin qorunması.
10) Zaqatala Dövlət Təbiət qoruğu Zaqatala və Balakən ərazisində yerləşir. Bu qoruğun yaradılmasında
məqsəd meşələrin torpaqqoruyucu və susaxlayıcı xüsusiyyətlərini saxlamaq, aşağı zonada yerləşən
əkin sahələrini və yaşayış məntəqələrini seldən qorumaq. Həmçinin bu bölgənin bitki və heyvanat
aləmini də mühafizə etmək məqsədi daşıyır.
11) Eldar Şamı Dövlət Təbiət qoruğu Samux rayonu ərazisində yerləşir. Qoruğun yaradılmasında
başlıca məqsəd genetik fondun, bioloji müxtəlifliyin, ekoloji sistemlərin səciyyəvi və nadir təbiət
komplekslərinin obyektlərinin dünyada yeganə vətəni olan eldarşamı meşəliyinin təbii vəziyyətini
qoruyub saxlamaqdır.
12) Şahbuz Dövlət Təbiət qoruğu Naxçıvan Muxtar Respublikasında yerləşir, zəngin flora və faunası
ilə seçilir.
13) Şirvan Dövlət Təbiət qoruğu Salyan və Neftçala rayonları ərazisində yerləşir. Yasaqlıq ceyranların,
su quşlarının qorunması məqsədi ilə yaradılmışdır.
14) Qobustan dövlət tarixi-bədii qoruğu. Burada flora və fauna ilə yanaşı tarxi keçmişin izləri qorunur.
Qoruqda Mezolit dövrünün yaşayış yerləri və qayaüstü rəsmləri qorunur.
Milli parklarda insanların istirahət etməsinə icazə verilir. Azərbaycanda aşağıdakı milli
parklar var:
Zəngəzur Ağgöl Milli parkı (Ağcəbədi, Beyləqan), Şirvan Milli Parkı (Salyan, Neftçala), Hirkan
(Lənkəran, Astara), Altıağac (Xızı, Siyəzən), Abşeron (Bakı), Şahdağ (Quba, Qusar, İsmayıllı), Göygöl
milli parkı (Göygöl). Yasaqlıqlarda isə təbiətin bir və ya bir sıra təsərrüfat işləri aparmaq olar.
Aşağıdakı yasaqlıqlar var:
Abşeron, Ağgöl, Qızılça, Daşallı, Bəndovan, Bərdə, Qubadlı, Qusar, Luvand, İsmayıllı, Korçay,
Kilə, Laçın, Ordubad, Şəmkir, Şəki, Kiçik Qızılağac. Qoruqların, yasaqlıqların və mili parkların
mövcudluğu ölkəmizin torpaq bitki və heyvanat aləminin qorunmasında mühüm rol oynayır.