TƏLİM NƏTİCƏSİ 3
“Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycanın Böyük Qafqaz dağ silsiləsinin ətəyində, toxunulmayan ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir.
“Şahdağ” Turizm Mərkəzi Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur. Layihəyə əsasən gələcəkdə 10-12 üçulduzlu otelin, qolf-klubun, 160-180 kottecin, akvaparkın və digər obyektlərin (işçilər üçün evlərin, avtomobil dayanacaqlarının və s.) inşaası nəzərdə tutulub.
Dağ - Xizək turizmin inkişaf etdiyi ölkələr: İlk öncə dağ turizminin vətəni sayılan avstriyadan başlayaq. Burada mövsüm dekabrda başlayır may ayının axırlarına qədər davam edir. Hər bir yerli avstriyalı xizək sürməyi yeriməyə başladığı gün öyrənir. Bu isə Avropada dağ-xizək sürmək turizminin mərkəzi olan Avstriya üçün heç də təəccüblü deyil. Terrasda taxtalardan düzəldilmiş və dadlı mətbəxi olan kiçik restoranlar,gecə əyləncələri proqramın bir hissəsidir. Xizək sürən insanların master dərəcəsi olması və ya şassilərdən başlaması vacib deyil.
Skandinaviya ölkələri içərisində ən sakit və dağ-xizək turizm ölkələri içərisində isə ən az qəzaların baş verdiyi ölkələrdən olan Norveçdə mövsüm noyabrın sonlarından başlayır və maya qədər davam edir. Norveçlilər özlərini xizəyin yaradıcısı hesab edirlər. Əfsanəyə inanan bu xalqa görə xizək çubuğunu da onlar yaradıblar. Hətta paytaxt Osloda belə Xolmenkolen dağının trivan istirahət mərkəzində belə siz ailənizlə gözəl vaxt keçirə bilərsiniz. Norveçdə dağ-xizək turizminin bir hissəsi Laplandiya ərazisində yerləşir. Ancaq yolların çox geniş olmaması səbəbindən bura turist cəlb edilməsi baxımından zəifdir. Regionun dörd zonasını özündə birləşdirən Ore özünün tarixi keçmişı ilə fərqlənir.