TƏLİM NƏTİCƏSİ 3
Burada turistlərin trassa sistemini özlərinə uyğun seçmək imkanlarının olması kompleksin əhəmiyyətini artıran mühüm amillərdən biridir. Belə ki, hər bir qonaq enmə zolağı, maillik və çətinlik dərəcəsinə görə trassa seçə bilər.
Şahdağ. Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılmışdır. Prezident İlham Əliyevin Qusar rayonuna səfəri çərçivəsində bu möhtəşəm kompleksin təməlqoyma mərasimi keçirilmişdir.
Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə Qusar şəhərindən 30 kilometr şimalda, rayonun Dağlıq Alayan kəndi ərazisində yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksində inşaat işləri yüksək standartlara uyğun olaraq həyata keçirilir. Tikinti işlərinin gedişinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.
Şahdağ milli parkının ərazisində salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradıdır. Kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır.
Kompleksdə tikinti işlərini yerli və xarici mütəxəssislərdən ibarət briqadalar ən müasir səviyyədə yerinə yetirirlər. Kompleksin baş layihəsi dünyada xüsusilə dağ-xizək mərkəzləri üzrə böyük layihələr həyata keçirən İsveçrə-Avstriya şirkəti tərəfindən hazırlanmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şahdağ Qış - Yay Turizm Kompleksinin 2 nömrəli kanat və xizək enişinin açılışında iştirak etmişlər. 27 fevral 2011-ci il tarixində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin lift bazasının anbarı ilə də tanış oldular. Dövlət başçısı 2 nömrəli kanat yolunu sınaq məqsədilə işə saldı.