TƏLİM NƏTİCƏSİ 3
3.2.1. DAĞ XİZƏK TURİZMİN XÜSUSİYYƏTLƏRİNİ VURĞULAYIR
DAĞ XİZƏK TURİZMİN
Bildiyimiz kimi XX əsrin sonlarından etibarən inkişaf etmiş ölkələrin turizm bazarında struktur dəyişiklikləri baş verib. Zaman keçdikcə insanlar aktiv istirahətə üstünlük verirlər ki,nəticədə də turizm idmanın ayrı-ayrı növlərini özündə birləşdirir. Ekstremal turizmin inkişafı da bu idman növlərinin tarixi ilə sıx bağlıdır. Ekstremaltruzimdə müəyyən risk və təhlükələr olsa da bu nəticə etibarı ilə əsrarəngiz bir istirahət deməkdir. Ekstremal turizmin dağ növlərinə alpinizm, speleturizm, buzadırmanma və qayayadırmanma, dağ velosipetində hərəkət, dağ xizəkçiliyi və snoubording aiddir. Dağ xizəkçiliyi daha çox təbii şəraitdən asılıdır. Bu turizm istiqamətinin inkişafı üçün ilin 4-5 ayında qalın qar örtüyünün olması vacib şərtdir. Dağ xizəkçilik kurortlarının üzləşdiyi əsas problemlərdən biri onların mövsümü fəaliyyət göstərməsidir. Mövsümlülük problemini aradan qaldırmaq üçün bu istirahət mərkəzləri süni qar yağdırma maşınlarından istifadə edirlər.
Azərbaycanda Dağ xizək turizminin inkişafı əsasən Böyük Qafqaz dağlarındadır. Bunlara misal olaraq Tufandağ (Qəbələ), Şahdağ (Qusar).
Tufandağ: Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik
kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950
metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir.
Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi
səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin
qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür.
Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan
beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min
metr təşkil edir.
Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.
Ümumiyyətlə, bu nəhəng istirahət məkanı ilin bütün fəsillərində turistlərə kanat gəzintisinə, qış
mövsümündə xizəklə sürüşməyə, xizəkçilik məktəbindən, otel və digər xidmətlərdən istifadə etməyə
imkanlar verir.
Bütün dağ-xizək trassası süni qar yaratma generasiya sistemi ilə təchiz edilmişdir. Bütünlükdə kompleks
gün ərzində 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.